Nazir müavininin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirak edir
2 il əvvəl
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirak məqsədilə Paris şəhərində səfərdədir.
Tədbir təhsilin rəqəmsallaşdırılması, süni intellektin təhsildə istifadəsi, yaşıl və rəqəmsal çağırışlar mövzularını əhatə edir.
Tədbir çərçivəsində Həsən Həsənli UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb. Görüş zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, növbəti günlərdə digər ikitərəfli görüşlərin keçirilməsi nəzərə tutulur.
UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
