Rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyatına start verilir
2 il əvvəl
Avqustun 20-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyat prosesinə start verilir. Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Elektron sistem üzrə qeydiyyat 26 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
