İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkilinə dair qrant müsabiqəsinə sənəd qəbulu üçün son 1 həftə!
“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu avqustun 26-da başa çatacaq.
Xatırladırıq ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.
Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil xidmətləri müvafiq qaydalar çərçivəsində müxtəlif məkanlarla yanaşı, ailələrdə də təşkil oluna bilər. Bu zaman uşaq sayının 7 nəfər olması, eləcə də uşaqların məktəbəqədər təhsilə cəlb ediləcəyi məkanın ölçüsünün, təhlükəsizlik və sanitar-gigiyena şəraitinin müvafiq norma və normativlərə cavab verməsi mütləqdir. Şəxsi evində uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını təmin edəcək tərbiyəçilərin ən azı 1 məktəbəqədəryaşlı övladının olması isə üstünlükdür.
Qrant müsabiqəsi barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
