Sertifikatlaşdırma ilə bağlı yaradılmış komissiyalara daxil olan müraciətlərin ilkin nəticələri açıqlanıb
Sertifikatlaşdırma prosesi ilə bağlı yaradılmış komissiyalara daxil olan müraciətlərin ilkin nəticələri elan edilib.
Komissiyalara bu günə qədər 3 700-dən çox vətəndaş müraciət edib. Vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanılıb və müraciətlər araşdırılıb. 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi ilə bağlı qərar qəbul olunub.
İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb. Bununla yanaşı, 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb olunması istiqamətində fəaliyyətlər həyata keçirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
