Tələbələrin köçürülməsi prosesinə başlanılır
İyulun 25-dən 2024–2025-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılır. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul saat 11:00-dan 31 iyul 18:00-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə müvafiq bölmədə köçürülmək üçün müraciət formasını doldurub təsdiq edə bilərlər.
Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Tələbələr bu şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət ünvanlamalıdırlar.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Tələbələrin köçürülməsi üçün tələb olunan sənədlər
Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallar
Orta ixtisas təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallar
19.07.2024 - 12:03
Digər xəbərlər
-
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
08.05.2025 - 11:10 -
Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
07.05.2025 - 19:00 -
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 - 16:54 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29