Emin Əmrullayev Dünya Təhsil Forumunda görüşlər keçirib
2 il əvvəl
Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu bu gün öz işini yekunlaşdıracaq.
Forumun ikinci günündə elm və təhsil naziri Emin Əmrullayev Kembric Universitetinin iqlim təhsili üzrə qlobal direktoru Kristina Ozden, Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, “Microsoft” şirkətinin Mərkəzi Avropa üzrə təhsil direktoru Lenka Axlerova, “Google For Education" şirkətinin dövlət və təhsil strategiyaları üzrə rəhbəri Kris Hart, Xarici Birlik və İnkişaf Ofisinin təhsil, gender və bərabərlik üzrə direktoru, Böyük Britaniyanın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Alisia Herbertlə görüşüb.
Emin Əmrullayev həmçinin Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb və onunla fikir mübadiləsi aparıb.
Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
