PISA üzrə II ICESCO Nazirlər Konfransı başa çatıb
Mayın 14-də Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işini yekunlaşdırıb.
Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
Konfransda Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssalam, Livan, Oman Sultanlığı, Qambiya olmaqla ümumilikdə 20-yə yaxın ölkədən 40-dan çox nümayəndə iştirak edib.
Panel sessiyaları ilə işini davam etdirən konfransın ikinci günündə müxtəlif ölkələrin PISA-da iştirakında OECD-nin rolu, ICESCO-ya üzv olan dövlətlər üçün PISA qiymətləndirmələrinin əhəmiyyətliliyinin artırılması, eləcə də təhsil prioritetlərinin PISA qiymətləndirmələri ilə eyniləşdirilməsi mövzularında interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, iki gün keçirilən konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirmək olub.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
