Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da iclasda iştirak edib.
İclas iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
İclasda qeyd olunub ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə inşa edilib.
Qərargahın rəhbəri ulu öndərin siyasi irsinin layiqli davamçısı İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycanın tarixi qələbə qazandığını, ərazi bütövlüyü və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhali sayının 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin daha da artacağını diqqətə çatdırıb, həmçinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələn müvafiq tapşırıqlar verilib.
İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə baxış keçirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
