Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ölkəmizdə “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsi həyata keçirilir.
İyunun 1-dən fəaliyyətə başlayan layihənin əsas məqsədi gənclərin işsizlik problemini öyrənərək texniki peşə təhsili sahəsində müasir tələblərə cavab verən yeni dövlət standartları və tədris proqramlarının tərtib olunmasından ibarətdir. Layihənin peşə təhsilində islahatlar komponenti çərçivəsində Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməklə peşə məktəblərinin müəllimləri, yerli və beynəlxalq məsləhətçiləri əhatə edən işçi qrupu yaradılacaq. İşçi qrup tərəfindən texniki peşə təhsili sisteminin hazırkı durumu araşdırılması, yaxın gələcəkdə bu sistemin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun dəyişdirilməsi üçün konkret addımların atılması nəzərdə tutulub.
İyunun 5-də Təhsil Nazirliyi “Dünyaya baxış” humanitar təşkilatı ilə birlikdə Y. Rüstəmov adına 16 saylı Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər)”nın tələblərinə uyğun olaraq texniki-peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri ilə birgə seminar kecirib.
Görüşdə Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və “Dünyaya baxış” humanitar təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluq şəbəkəsinin yaradılması” layihəsinin rəhbəri Zülfiyyə Mustafayeva mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, görəcəkləri işlərin istiqamətləri haqqında təqdimat ediblər.
Sonra peşə təhsilinin mövcud məqsədinə bir daha nəzər salınıb, geniş müzakirələr aparılıb. Təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyaclarına uyğun olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək məqsədi ilə “Elektrik qaz qaynaqçısı” və “Təmirci, çilingər–qaynaqçı” peşələri üzrə işci qrupları yaradılıb.
İşçi qruplarının məqsədyönlü fəaliyyəti ücün ayda iki dəfə görüşərək zəruri məsələlər haqqında müzakirələr aparmaq qərara alınıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
