Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 11-də Məlumat və Resurs Mərkəzinin rəsmi açılışı olub.

Bu münasibətlə keçirilən təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Adminstrasiyası Humanitar siyasət şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri və İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.
Təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəmzi açılış bildirən qırmızı lenti kəsərək mərasim iştirakçılarını açılış münasibəti ilə təbrik ediblər.
Sonra yüksək səviyyədə təmir olunmuş ikimərtəbəli binada yerləşən mərkəzlə tanışlıq başlayıb. Qonaqlar mərkəzi gəzərək server otağına, konfrans zalına, təlim mərkəzinə baxıblar. Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırma idarəsinin rəisi Samir Məmmədov nazirə və mərasim iştirakçılarına mərkəz haqqında məlumat verib. Məlumatdan aydın olub ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzi (DATA) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Mərkəzin funksiyası olduqca genişdir və ən müasir texnologi standartlara cavab verir.
Mərkəz Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, həm də bu sahəyə aid informasiya resurslarının toplanacağı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb.
Mərkəzin yaradılmasında “ULTRA” şirkəti və AZEDUNET təşkilatı yaxından iştirak edib.Intel, HP, Microsoft, Cisco şirkətlərinin Azərbaycanda rəsmi tərəfdaşı olan “ULTRA” şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dörd nüvəli serverlər quraşdırılıb. Bu serverlər eyni zamanda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Burada Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılıb ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır.
Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək.Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə eyni zamanda mühazirə və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür.
Tədbirdə videotelefoniya sistemi mərkəzinə baxış zamanı tədbir iştirakçılarına məlumat verilib ki, DATA Mərkəzi ilə bu mərkəzə qoşulmuş 10 məktəb arasında videotelefon əlaqəsi yaratmaq mümkündür. Bakı Avropa liseyi və “İntellekt” məktəb-liseyi ilə canlı videobağlantı yaradılıb. Təhsil naziri Misir Mərdanov həmin təhsil ocaqlarının rəhbərlər ilə diaoloq aparıb.
Sonra Məlumat və Resurs Mərkəzinin konfrans zalnda jurnalistlər üçün brifinq keçirilib.


10 il əvvəl