“Tarixin Gəncə səhifəsi” tədbiri keçirilib
Oktyabrın 12-də Gəncə şəhərində Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi, 2 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzi və Gəncə şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tarixin Gəncə səhifəsi” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələri və həlak olanların xatirəsini yad etməkdən ibarət olub.
Tədbir çərçivəsində məktəblilər terror törədilən məkana yürüş ediblər. Terror nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib, hadisə yerinə gül dəstələri qoyulub.
Tədbir zamanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Eyni zamanda uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
