Tələbələrin elm düşərgəsi uğurla yekunlaşıb
11-14 sentyabr tarixlərində “Zuğulba” Tədris İdman Bazasında Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “Elm və innovasiya” proqramının təşkilatçılığı ilə tələbələrin elm düşərgəsi keçirilib.
Düşərgəyə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin biologiya, kimya, fizika və əlaqəli ixtisaslar üzrə II-III kurslarında təhsil alan ümumilikdə 50 iştirakçı cəlb olunub. Tələbələr təlim sessiyalarında iştirak, eləcə də maarifləndirici qrup işlərində çalışmaq imkanı əldə ediblər.
Elm düşərgəsinə spiker qismində qoşulan qonaqlar təcrübələrini, müasir innovasiyalar, elm sahəsində baş verən yenilikləri tələbələrlə bölüşüblər, həmçinin müxtəlif komanda işləri apararaq iştirakçılarla birlikdə praktik tapşırıqlar həll ediblər. Bununla yanaşı, tələbələri maraqlandıran sualları cavablandırıblar və gələcək karyera imkanları barədə faydalı müzakirələr aparıblar.
Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla əlaqələrin qurulmasına dəstək olmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemlər və həll yollarını izah etməkdir.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14.09.2026 - 12:10 -
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14.09.2026 - 10:56 -
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00 -
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39
