HTP çərçivəsində 8 nəfər Latviyada təhsil alacaq
3 il əvvəl
Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2023-2024-cü tədris ili üzrə 8 azərbaycanlı “Latviya dövlət təqaüdü”nə layiq görülüb.
Seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər bu ölkənin “Riga Technical University”, “University of Latvia”, “ Turība University” ali təhsil müəssisələrində təhsil hüququ qazanıb. Onlardan 6 nəfəri magistratura, 2 nəfəri isə doktorantura səviyyələri üzrə biznes və idarəetmə, kompüter elmləri, mühəndislik, səhiyyə, sosial və davranış elmləri ixtisaslarında təhsil alacaq.
Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 23 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır:
|
Ən çox təqaüd qazanan ölkələrin siyahısı |
Müxtəlif təhsil səviyyələri üzrə təqaüdçülərin sayı |
|
Ukrayna |
9 |
|
Finlandiya |
9 |
|
Azərbaycan |
8 |
|
Gürcüstan |
7 |
|
Çin |
7 |
|
Qazaxıstan |
5 |
Müvafiq təqaüd proqramı barədə 1 aprel 2023-cü il tarixində elan verilib.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
