Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyunun 22-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair mətbuat konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirildiyini qeyd edib. Səkkiz fənn üzrə keçirilən imtahanlarda 99630 şagirdin iştirak etdiyini diqqətə çatdıran nazir cari il üzrə nəticələrin ötən ildəkindən yüksək olduğunu bildirib.
Tədbirdə qeyd olunub ki, şimal bölgəsi üzrə 65 mərkəzdə 21930 şagirddən 21292-si, yəni 97,09%-i iştirak edib. Onlardan 16368 şagird, yəni 76,87% müvəffəq olanlardır. Qərb bölgəsi üzrə 69 mərkəzdə 22168 şagirddən 21386- sı, yəni 96,47%-i iştirak edib. Bu bölgədə müvəffəq olanlar 15531 nəfər, yəni 72,62%-dir. Cənub bölgəsindəki 72 mərkəzdə 23771 şagirdin 22399-u iştirak edib, bu da 94,23% təşkil edir. Qeyd olunan bölgə üzrə şagirdlərin 16108 nəfəri, 71,91%-i müsbət nəticə göstərib.
Bakı və Sumqayıtda təşkil olunan 87 mərkəzdə 28355 şagirddən 28168 nəfərin (99,34%) imtahan verdiyindən söz açan Misir Mərdanov hər iki şəhər üzrə şagirdlərin müvəffəqiyyət göstəricisinin 91,84% (25870 nəfər)olduğu barədə məlumat verib. Eyni zamanda nazir respublika üzrə 293 mərkəzdə 99630 şagirddən 96595-i imtahan verdiyini, onların 96,95%-nin imtahanda iştirak etdiyi bildirib. Təhsil naziri onu da vurğulayıb ki, respublika üzrə müvəffəqiyyət göstəricisi 77,11% -dir ( 76825 nəfər).
Konfransda respublika üzrə illiklərində qeyri-kafi qiymətlər aldıqları üçün 5067 şagirdin imtahana buraxılmaması, olimpiada qalibi olan 6, xəstəliyə görə isə 419 nəfər şagirdin buraxılış imtahanlarından azad edilməsi haqqında məlumat verilib.
Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
