Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb
3 il əvvəl
Mayın 19-da Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.
Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirilib, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri vurğulanıb.
Digər xəbərlər
-
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32 -
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
19.11.2026 - 15:39
