SABAH qrupları tələbələri arasında idman yarışları keçirilib
Mayın 10-da SABAH tələbələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 28 May – Müstəqillik Gününə həsr olunmuş idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin idman sahəsinin inkişafına xüsusi diqqətindən danışıb, 6 istiqamətdə keçirilən idman yarışlarının əhəmiyyətini vurğulayıb.
Daha sonra məlumat verilib ki, ulu öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışlarında şahmat üzrə 82 tələbə, dama üzrə 63 tələbə, atıcılıq yarışlarında isə 19 komanda olmaqla ümumilikdə 75 tələbə iştirak edib. 28 May – Müstəqillik Gününə həsr olunan idman yarışlarında isə futzal üzrə 11 komanda, basketbol üzrə 5 komanda, voleybol üzrə qızlar arasında keçirilən oyunlarda 8 komanda, oğlanlar arasında baş tutan oyunlarda 6 komanda mübarizə aparıb.
Sonra yarışların qalibləri təltif olunublar.
Qeyd edək ki, ölkəmizin idman potensialının gücləndirilməsi və müxtəlif ixtisaslar üzrə SABAH qruplarının qarşılıqlı inteqrasiyasına dəstək məqsədilə layihə çərçivəsində keçirilən idman yarışları tələbələrin emosional və fiziki inkişafına dəstək olur.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
