• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Texniki yardım layihəsinin açılış konfransı

Mayın 16-da “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış konfransı baş tutub. Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Açılış nitqi ilə çıxış edən ARTİ-nin Təhsildə İnnovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Abutab Abbasova bildirib ki, konfransın məqsədi ömürboyu təhsil kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində maraqlı tərəflərin dialoqunu tərtib etmək və məzunların əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaqdır.

 

Elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək orta ixtisas təhsilinin təhsil sistemində yeri, yüksək texniki peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsindən danışıb, yüksək texniki peşə təhsilində institutsional və proqram akkreditasiyasının vacibliyini vurğulayıb. Nazir müavini təhsil proqramlarının məzmununun əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanmasının mümkünlüyünü qeyd edib.

 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov çıxışında Aİ-nın təhsil sektoruna verdiyi dəstəklə bağlı ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb. Rüfət Əzizov layihənin komponentləri üzrə məzmun hazırlığında sənaye ilə əməkdaşlıq mexanizmlərinin, səmərəli peşəyönümü işinin təşkili məqsədilə tövsiyələrin hazırlanması, həmçinin institutsional potensialın gücləndirilməsində Təhsil İnstitutunun gözləntilərini açıqlayıb.

 

Sonra layihənin əsas ekspertləri  layihənin məqsədi, 3 komponenti və həmin komponentlərin Azərbaycan hökumətinin və Aİ-nin prioritetləri ilə əlaqələndirilməsi barədə təqdimatla çıxış ediblər.

 

Konfransda layihə ilə bağlı əməkdaşlıq imkanları da müzakirə olunub.

 

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil, təlimin gücləndirilməsi, bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə Azərbaycanda müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsidir.


1 il əvvəl