• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rusiyada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib

Rusiyanın Ulyanovsk şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

“Ulyanovsk Regional Azərbaycan Milli-mədəni Muxtariyyəti” İctimai Təşkilatı tərəfindən təşkil olunan tədbirlərdə Milli Məclis, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi təmsilçilərindən ibarət nümayəndə heyəti, yerli hakimiyyətin rəsmi şəxsləri, Ulyanovsk Şəhər Dumasının deputatları, yerli ictimaiyyət nümayəndələri, Ulyanovsk və Privoljsk Federal Dairəsi üzrə Azərbaycan diaspor təşkilatlarının rəhbər və fəalları iştirak ediblər. 

Qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan 78 nömrəli orta məktəbdə olub, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərsi izləyiblər. Məktəblilərin ifasında Azərbaycan dilində şeirlər səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Heydər Əliyev Fondunun layihəsi əsasında əsaslı təmir olunmuş məktəbdə Azərbaycanın tarix və mədəniyyətini əks etdirən muzey də fəaliyyət göstərir. 

Daha sonra Heydər Əliyev adına meydanda ümummilli liderə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Sonra “Yeni nəsil” İdman-sağlamlıq Kompleksində Heydər Əliyevin yubileyinə həsr olunmuş cüdo üzrə “Xalqlar dostluğu kuboku” regionlararası turnir keçirilib. Turnirdə Rusiyanın 15 regionundan 350-dən çox idmançı iştirak edib.

Ulyanovsk vilayətinin qubernatoru Aleksey Ruskixlə nümayəndə heyətinin görüşündə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsində, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əvəzsiz xidmətlərindən danışılıb.

Təhsil, gənclər və idman sahələrində müştərək layihələrin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin tərkibində Elm və Təhsil Nazirliyi tərəfindən Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov iştirak edib. Nazirlik adından qubernatora xatirə hədiyyəsi təqdim edilib.

Tədbirlər silsiləsi Qubernator mədəniyyət sarayında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan! Sənə mahnı oxuyuram!” adlı konsertlə yekunlaşıb


1 il əvvəl