“Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib
Mayın 12-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” adlı seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini yad edib, YAP Nizami rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyublar.
Dövlət Himni səsləndirildikdən sonra ümummilli liderin həyat yolu və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ümummilli liderin gənclər qarşısında qoyduğu başlıca tələbi məhz təhsillə bağlı idi. Nazir müavini qeyd edib ki, Heydər Əliyev Azərbaycanın tərəqqisinin yeganə yolunun məhz xalqın yüksək təhsil alması və maariflənməsində olduğunu yaxşı bilirdi. Buna görə də ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil respublikamızın dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyə və mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.
Nazir müavini vurğulayıb ki, ulu öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olub.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
