Nazir Böyük Britaniyada bir qrup azərbaycanlı tələbə ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100-cü ildönümü münasibətilə xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb. Görüş həmçinin təhsil və gələcək imkanlarla bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilib.
Görüşdə həm sovet dönəmində, həm də müstəqillik illərində Heydər Əliyevin azərbaycanlı tələbələrin dövrün ən yaxşı universitetlərində təhsil almalarına dəstək olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın gələcəyi naminə başlıca olaraq təhsilə diqqət ayrılması ulu öndərin irsinin mühüm hissəsi olaraq hələ də davam edir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
