Heydər Əliyev irsi Lordlar Palatasında anıldı
Mayın 9-da Lordlar Palatasında elm və təhsil naziri Emin Əmrullayev, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanovun iştirakı ilə görüş keçirilib.
Görüşün məhz ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb.
Görüşdə həmçinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, xaricdə təhsil üzrə dövlət proqramları çərçivəsində Böyük Britaniya ali təhsil müəssisələrinin Azərbaycan vətəndaşlarının üstünlük verdiyi universitetlər siyahısında yer aldığı bildirilib. Bununla yanaşı, ümumi, ali təhsil və tədqiqat sahələrində əməkdaşlığın inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
