"XXI əsrin universitet modeli" mövzusunda onlayn müzakirə
Yanvarın 21-də Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda onlayn formatda müzakirə keçirilir.
Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən müzakirəyə nazirlik yanında İctimai şuranın üzvləri, eləcə də qurumun bir sıra əməkdaşları qatılıblar.
Müzakirələrdə təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, ADA Universiteti, Milli Aviasiya Akademiyasının nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının nümayəndəsi, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Gömrük Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov, İdman Akademiyasının rektoru Fuad Hacıyev də iştirak edir.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb
08.07.2025 - 09:46 -
Nazir müavini Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə görüşüb
04.07.2025 - 17:01 -
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb
04.07.2025 - 09:54 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər
03.07.2025 - 18:00 -
“SABAH-ın Məzunu 2025” tədbiri keçirilib
02.07.2025 - 17:26