• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar "Biz sizə borcluyuq, igid şəhidlər!" adlı virtual sərgi təşkil edib.

Məqsəd xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsini yad etmək, şərəf və qəhrəmanlıq səhifəsi kimi tarixə yazılan bu günü uşaq və gənclərə aşılamaqdan ibarət olub.

Mərkəzin yetirmələrinin hazırladıqları 30-a yaxın rəsm işi Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, əməkdar artist Şəhriyar İmanovun ifa etdiyi "Nəbz" adlı musiqinin müşayiəti ilə sosial şəbəkələr vasitəsilə yayımlanıb.

Uşaqlar öz rəsmləri vasitəsilə Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını ifadə edib, müstəqil ölkənin övladları kimi onlara borclu olduqlarını bildiriblər.            

   


3 il əvvəl