Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı gənclərin Beynəlxalq Astronavtika Konqresinə marağı artır

Azərbaycanın gənc tədqiqatçı və tələbələrinin Beynəlxalq Astronavtika Konqresində aktiv iştirakını təmin etmək məqsədilə “Azərkosmos” tərəfindən “Tələbələr və gənc alimlər” adlı proqram həyata keçirilir. Proqramın məqsədi azərbaycanlı gənclərin konqresə marağını artırmaq, onların aktiv iştirakını təşviq etməklə kosmos elminin və təhsilinin inkişafına töhfə verməkdir. 

 

Proqram çərçivəsində Elm və Təhsil Nazirliyi, həmçinin nazirliyin “SABAH qrupları” layihəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və innovasiya mərkəzləri ilə əməkdaşlıq qurulub. 

 

I mərhələdə 14 universitetdən 2200 tələbə üçün konqreslə bağlı infosessiya və silsilə görüşlər keçirilib. 1000-dən çox fəal gənci öz ətrafında birləşdirən 300-ə yaxın tələbə-gənclər təşkilatları ilə də görüşlər təşkil edilib.  

 

Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunmuş konqresdə bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları kosmosun imkanlarına həsr olunmuş 189 texniki sessiya və digər tədbirlərdə iştirak edə biləcəklər. 

 

Beynəlxalq Astronavtika Konqresində iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://www.iac2023.org/registration/ 

 

Konqres haqqında ətraflı məlumatı müvafiq linkdən əldə etmək mümkündür: www.iac2023.org 


3 il əvvəl