• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Vətən yaxşıdır" onlayn respublika mahnı müsabiqəsi

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 15 yanvar-15 fevral tarixlərini əhatə edən “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib.

Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan  Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdən ibarətdir.

Onlayn platformada təşkil olunan müsabiqə xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları (estrada) nominasiyaları üzrə 2 yaş qrupunda (7-14, 15-20) keçirilir. Müsabiqəyə hər yaş qrupu üzrə 1 iştirakçı 1 nominasiya üçün qatıla bilər. Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalı, mahnıların ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır. Mahnılar minusla və ya akopella ilə oxuna bilər.

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları video görüntüləri grbye@mk.edu.az elektron ünvanına və ya (+994) 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidir. Müsabiqə qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19, (+994)  55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.


3 il əvvəl