MİQ nəticələri ilə bağlı universitetlərdə görüşlər keçiriləcək
Martın 31-dən etibarən ali təhsil müəssisələrində pedaqoji kadr hazırlığı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə məzunların əldə etdikləri nəticələrin təhlili ilə bağlı görüşlərin keçirilməsi planlaşdırılır.
Görüşlərdə ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin iştirakı nəzərdə tutulub.
Görüşlər zamanı müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərin məzun olduqları ali təhsil müəssisələrinə görə fənlər üzrə statistik məlumatları təqdim ediləcək, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunacaq.
Qeyd edək ki, görüşlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində təşkil ediləcək.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
