Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil nazirinin müavini Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclasında iştirak edib

Elm və təhsil nazirinin müavini İdris İsayev Qırğız Respublikasının Bişkek şəhərində təşkil olunmuş Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclasında iştirak edib.

 

İclasda çıxış edən nazir müavini Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə həyata keçirilən fəaliyyətlərin üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. İdris İsayev türk dövlətləri arasında şagird və müəllim mübadiləsinin, habelə ortaq dərsliklərin hazırlanmasının önəmini qeyd edib. 

 

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 6-cı iclası çərçivəsində İdris İsayev Qırğız Respublikasının təhsil və elm naziri Kanibek İmanaliyev ilə də görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. 

 

Nazir müavini həmçinin Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyi ilə Beynəlxalq Türk Akademiyası arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.


3 il əvvəl