“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub
Martın 15-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Ardınca 44 günlük Vətən müharibəsinin şəhid təhsil işçilərinin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, “Qəhrəman təhsil işçiləri” kitabı İkinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub. Səttar Möhbalıyevin sözlərinə görə, bu kitabın çap edilməsi şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq.
Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov şanlı qələbə ilə sona çatan Vətən müharibəsindən söz açıb və qeyd edib ki, bu zəfər Ali Baş Komandanın, müzəffər Azərbaycan ordusu, həmçinin xalqımızın iradəsinin qələbəsidir. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə hazırda quruculuq işlərinin görüldüyünü, artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəbin fəaliyyətə başladığını bir daha diqqətə çatdırıb.
Sonra çıxış edən digər qonaqlar ordumuzun şücaəti və gənclərimizin vətənpərvərliyindən danışıblar.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
