Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şəhid övladları STEAM İnnovasiya Mərkəzində

Fevralın 15-də yeni istifadəyə verilmiş STEAM İnnovasiya Mərkəzinə şəhid övladlarının ziyarəti təşkil olunub.


Ziyarətdə 80-dən çox şəhid övladı iştirak edib. 

 

Uşaqlar mərkəzdə mütəxəssislər tərəfindən əvvəlcədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu, ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma (ibtidai sinif şagirdləri üçün)” məkanları ilə tanış olublar.


Əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu onlara göstərmək olub. 

 

Ziyarət əsnasında STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb və onlar aktiv fəaliyyətlərə cəlb ediliblər. 

 

Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, şəhid övladları mərkəzin ilk ziyarətçiləridir. Ziyarət “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil edilib.


3 il əvvəl