"Qarabağın məşhur müəllimləri" – Əşrəf Abbasov
5 il əvvəl
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq Əşrəf Abbasovdur.
1920-ci ildə Şuşa şəhərində anadan olub. Görkəmli bəstəkar, musiqişünas, pedaqoq, professor, Xalq artisti Əşrəf Abbasov Azərbaycan incəsənət tarixinə unudulmaz musiqi xadimi kimi daxil olub, müxtəlif janrlarda maraqlı əsərlər yaradıb.
Əşrəf Abbasov 1947-1948-ci illərdə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) direktoru olub. 50 ilə yaxın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasının müəllimi, 1953-1957-ci illərdə konservatoriyanın rektoru, 1957-1972-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Konservatoriyanın nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyəsi dərsləri üzrə müəllimlik fəaliyyəti göstərib.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
Digər xəbərlər
-
Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
11.11.2026 - 09:58 -
Zəfər abidəsi ziyarət edilib
08.11.2026 - 16:19 -
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52
