Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AMEA Rəyasət Heyətinin illik hesabatı

Yanvarın 18-də AMEA-nın Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası keçirilib. 

 

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Rəyasət Heyətinin üzvləri, eləcə də FRTEB-in Elmi şurasının üzvləri, bölmənin elmi müəssisələrinin baş direktorları, ali təhsil müəssisələrinin rektorları və digər aidiyyəti şəxslər iştirak ediblər.

 

Əvvəlcə AMEA FRTEB üzrə elmi müəssisələrin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib, müxtəlif nəşrlərlə tanışlıq olub. 

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, Azərbaycan alimləri dövlətimizin bütün sahələrdə inkişafına elmi dəstək verməli, ölkənin sosial-iqtisadi, mənəvi, mədəni həyatında yaxından iştirak edərək alimlik və vətəndaşlıq borcunu məsuliyyətlə yerinə yetirməlidirlər.   

 

İclasda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əsasən fundamental elmi istiqamətlərdə tədqiqatlar aparan Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin qarşısında mühüm vəzifələrin dayandığını, dünyanın gələcək inkişafının texnika elmləri sahəsinin tərəqqisi və süni intellektlə sıx bağlı olduğunu söyləyib. 

 

Nazir müavini əlavə edib ki, alimlərimiz dünya elminin müasir çağırışlarını nəzərə almalı, ölkəyə və cəmiyyətə fayda gətirə biləcək multidissiplinar tədqiqatlarla məşğul olmalıdırlar. 

 

Firudin Qurbanov həmçinin Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli müvafiq Fərmanının elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması məqsədini daşıdığını, elm və təhsilin inteqrasiyası üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.


Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov Azərbaycan elminin dünya elminə inteqrasiyasının, dünyanın nüfuzlu elmi reytinq siyahılarında ölkəmizin təmsil olunmasının dövlət başçısının alimlər qarşısında qoyduğu əsas vəzifələrdən olduğunu vurğulayıb. 

Daha sonra akademik İsa Həbibbəyli riyaziyyat elmləri doktoru Nadir Süleymanovun 90, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasovun 70 və AMEA-nın vitse-prezidenti Rasim Əliquliyevin 65 illik yubileyləri münasibətilə onlara AMEA-nın Fəxri fərmanlarını təqdim edib.


Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri Rasim Əliquliyev AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. 

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb. 

 

Çıxışlarda hesabat ilində bölmənin müəssisələrində prioritet istiqamətlərdə aparılan tədqiqatlar və əldə olunan nəticələrdən bəhs olunub, bir sıra təkliflər səsləndirilib.

 

Tədbirdə həmçinin AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elektron akademiya şöbəsinin yaradılması haqqında müvafiq qərar qəbul edilib.


3 il əvvəl