Müsahibə mərhələsi üzrə apellyasiya
Müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin müsahibə mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir. Apellyasiya müraciətlərinin qəbulu 19 yanvar saat 18:00-da başa çatacaq.
Apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.
Qeyd edək ki, qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
