Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bu günlərdə respublikada fəaliyyət göstərən peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə dair iclas keçirilib.
İclası giriş sözü ilə açan təhsil nazirinin müavini İsgəndər İsgəndərov ümumtəhsil fənlərindən keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd edib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib.
Nəzərə çatdırılıb ki, 2007-ci ildə respublikanın peşə liseylərinin son kursunda oxuyan 4191 şagirddən 4088 nəfəri, 2008-ci ildə 4244 şagirddən 3451 nəfəri təhsillərini müvəffəqiyyətlə başa vursalar da, bu il peşə liseylərində təhsil alan 4479 şagirddən mərkəzləşdirilmiş sınaq test imtahanlarında 4073-ü (90.94%) iştirak edib və onlardan yalnız 163 (4%) nəfəri müvəffəq qiymət alıb. Mərkəzləşdirilmiş sınaq test imtahanlarına qatılan şagirdlərdən 334 nəfəri (8.2%) 1 fəndən, 432 (10.61%) nəfəri 2 fəndən, 3144 (77.19%) nəfəri isə 3 və daha çox fəndən qeyri-müvəffəq qiymət alıblar. Lakin görülmüş əməli tədbirlər nəticəsində yekun mərkəzləşdirilmiş test imtahanlarında iştirak edən 4052 nəfərdən 1730-u (42,7%) müvəffəq, 2322-i (57,3%) isə qeyri-müvəffəq qiymət alıblar.
Aparılmış təhlil nəticəsində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarında iştirak etmiş şagirdlərin ayrı-ayrı fənlərdən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, 6, 11, 12, 16 saylı Bakı peşə liseyləri, eləcə də Şirvan, Gəncə 1 və 3 saylı, Saatlı, Biləsuvar, Qazax, Bərdə, Binə peşə liseylərində ümumtəhsil fənlərinin tədrisinin gücləndirilməsinə ehtiyac var. Əvvəlki illərdə ümumtəhsil fənlərindən şagirdlərin böyük əksəriyyətinin qiymətləri yüksək olduğu halda, cari ildə keçirilmış mərkəzləşdirilmiş test imtahanında ana dilindən 13, riyaziyyatdan 1, Azərbaycan tarixindən 16, fizikadan 16, kimyadan 11, biologiyadan 14, coğrafiyadan 8, xarici dildən isə cəmi 18 nəfər əla qiymətlər alıblar.
İclasda mövcud problemlərin həlli məqsədilə fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb olunması, peşə liseylərinə qəbulun aparılmasında dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə qəbul qaydalarının işlənilməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, zəif nəticə göstərən müəssisələrə şagird qəbulunun azaldılması və digər təkliflər irəli sürülüb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
