Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur. Bununla əlaqədar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul Texniki Universitetinin Rektorluğuna bağlı olaraq Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində akademik bölmələrin açılması haqqında” 27 avqust 2026-cı il tarixli 11647 nömrəli Qərarı imzalayıb.
İTU-nun mühəndislik sahəsində zəngin akademik və elmi potensialının Qarabağ Universiteti ilə əlaqələndirilməsi müasir tədris və tədqiqat imkanlarının genişləndirilməsinə, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına və birgə elmi fəaliyyətin inkişafına şərait yaradacaq.
Əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.
28.08.2026 - 17:45
Digər xəbərlər
-
Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib
16.10.2026 - 17:29 -
Müəllimlər üçün vergi və maliyyə savadlılığı mövzusunda seminarlar keçirilib
15.10.2026 - 16:33 -
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15.10.2026 - 12:32 -
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı növbəti görüş keçirilib
14.10.2026 - 15:17 -
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
14.10.2026 - 14:27
