Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İmtahan sessiyası davam edir

Ali və orta ixtisas təhsili müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 

 

İmtahan sessiyasının təşkili ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahanların qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etmək, rəhbərlik etdikləri müəssisələrdə imtahan qərargahı yaratmaq və qərargaha daxil olan hər bir şikayəti operativ şəkildə araşdırmaq tapşırılıb.  

 

İmtahanların təşkili və gedişatında nöqsan, həmçinin neqativ hallara yol verən şəxslərlə bağlı mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək. 

 

Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixindən start verilən imtahanlar 5 həftə müddətində davam edəcək. 

 

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri


3 il əvvəl