13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.
Məlumat üçün bildiririk ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.
Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur.
Qeyd edək ki, 2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına müraciət etmiş 15 209 tələbənin, o cümlədən ali təhsil müəssisələrində təhsil alan 12 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
3 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev və yeni Azərbaycan” konfransı keçirilib
09.12.2023 - 17:40 -
Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi
08.12.2023 - 17:40 -
Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” keçirilib
08.12.2023 - 14:30 -
”Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik konfrans keçiriləcək
08.12.2023 - 12:06 -
Peşə təhsili müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib
07.12.2023 - 15:22