“Təhsil xərci” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Dekabrın 21-də sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin sədr müavini Adil Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri iştirak ediblər.
Görüşdə çıxış edənlər qalibləri təbrik edərək ölkədə bütün istiqamətlərdə aparılan islahatlara savadlı kadrların fəal şəkildə cəlb edilməsinin vacibliyini, eləcə də gənclərin yeni çağırışlara cavab verən ölkə siyasətinə yaxından qoşulmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində gənclərin savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir və dövlət başçısının təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilir.
Görüş zamanı qalib gənclərlə bağlı infoqrafik videolar nümayiş etdirilib və onlarla müqavilələr imzalanıb.
Qeyd edək ki, 2022-ci ildə keçirilən müsabiqəyə əsasən 431 gəncin təhsil xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
