Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr arasında minifutbol üzrə çempionat başa çatıb

Dekabrın 20-də Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən minifutbol üzrə çempionata yekun vurulub. 
   
Çempionatın final qarşılaşmasında III yer uğrundakı oyunda Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə Bakı Dövlət Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.  

Oyunlardan sonra çempionatın bağlanış mərasimi keçirilib. 
 
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, SDU-nun rektoru Elxan Hüseynov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, tərəfdaş qurumların rəhbər şəxsləri, rektorlar, veteran futbolçular və digər rəsmi şəxslər iştirak ediblər.   

Sonda qalib komandalar diplom, medal, kubok, hədiyyələrlə mükafatlandırılıb və yarışlarda fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı hücumçu”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub. Eyni zamanda SDU-ya xatirə kuboku da təqdim edilib.   

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, ATİAHİ Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “AzFar group” QSC-nin dəstəyi ilə keçirilən çempionatda ümumilikdə 480 tələbə qeydiyyatdan keçib. Oyunlarda isə 16 komanda iştirak edib.   
   
Çempionatın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol idman növünü təbliğ etmək, perspektivli idmançıları aşkar etmək və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaratmaqdır. 
 


3 il əvvəl