Beynəlxalq “Təhsil” turniri başa çatıb
19 dekabrda Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında keçirilən beynəlxalq “Təhsil” turnirinə yekun vurulub.
Yerli və əcnəbi hakimlərin idarə etdiyi yarışın ilk iki günündə sərbəst güləş, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Böyük Britaniya, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edib.
Yarışda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları 8 çəki dərəcəsində sərbəst güləş üzrə 4 qızıl, 4 gümüş, 5 bürünc, yunan-Roma güləşi üzrə isə 4 qızıl, 4 gümüş, 8 bürünc olmaqla ümumilikdə 29 medal qazanıblar.
Turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsidir.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
