Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş “dəyirmi masa”
Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi, Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası, Auditorlar Palatası, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Sosial Tədqiqatlar Mərkəzi, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs edib. O, görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat verib.
Sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sistemindəki korrupsiya və digər zərərli hallara qarşı mübarizənin Elm və Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, məhz ölkənin gələcəyinin gənclərdən asılı olduğunu nəzərə alaraq, onların korrupsiya əleyhinə maarifləndirilməsi və tərbiyəsi bu problemin həllinə öz töhfəsini verir.
Firudin Qurbanov korrupsiyaya qarşı kompleks maarifləndirici tədbirlərin uşaqlarda korrupsiya və ona qarşı mübarizə ilə bağlı tam təsəvvürün yaranmasına imkan verdiyini qeyd edib.
Nazir müavini əlavə edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində innovativ texnologiyaların hazırlanması və tətbiqi, həmçinin təhsilin bütün pillələrində antikorrupsiya maarifləndirilməsinin təşviqi nəzərdə tutulur.
Tədbirdə millət vəkili Kamal Cəfərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadə və digər çıxışçılar tərəfindən korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə toxunulub, bu sahədə təmsil etdikləri qurumların rolu və müsbət təcrübələri barədə təqdimatlar edilib, qeyd olunan mövzu ətrafında bir sıra təkliflər səsləndirilib.
Sonda Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında keçirilmiş “Korrupsiyaya yox deyək!” adlı respublika rəsm müsabiqəsinin qalib və fərqlənən iştirakçılarının təltifetmə mərasimi keçirilib və onların müəllifi olduqları işlər sərgilənib.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
