Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri “Microsoft” şirkətinin əməkdaşları ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan “Microsoft” şirkətinin rəsmiləri ilə görüşüb.  

 

Görüşdə “Microsoft” şirkətinin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə baş direktoru Mark East və region üzrə təhsil rəhbəri Albena Spasova iştirak ediblər. 

 

Görüş çərçivəsində Elm və Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında pandemiya və sonrakı dövrdə yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın daha sıx davam etdirilməsi üçün müxtəlif təhsil pillələrinin idarəolunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanları müzakirə olunub. 

 “Microsoft” şirkətinin nümayəndələri birgə fəaliyyətin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi ilə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər. 

 

Səfər çərçivəsində şirkətin nümayəndələri “Rəqəmsal bacarıqlar” dərslərində iştirak edib, STEAM Mərkəzinin fəaliyyəti ilə tanış olub və SABAH.Lab Akselerasiya Mərkəzində startapçılarla görüşlər keçiriblər.


3 il əvvəl