Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elmi-tədqiqat institutlarının direktorları SAF 2022-də

Dekabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.

 

Festivalın üçüncü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının direktorları, bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Bakı Ekspo Mərkəzini ziyarət ediblər.

 

Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

 

“İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara festival barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, festivalda iştirak üçün 127 əcnəbi şagird ölkəmizə səfər edib. Onlar Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib.

 

Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək.


3 il əvvəl