• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramı məzunları ilə şəhid övladlarının görüşü

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhid övladları üçün Zuğulba tədris idman bazasında “Zəfər düşərgəsi” təşkil edilib. 

  

Layihənin məqsədi uğurlu şəxslərlə, eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”nın məzunları ilə şəhid ailələrinin üzvləri olan 8-11-ci sinif şagirdlərini bir araya gətirməklə onların düşüncəsində pozitiv dəyişikliklər yaratmaq, motivasiyanı artırmaq, düzgün ixtisas seçimi, gələcək peşə istiqamətləri və xaricdə təhsillə əlaqədar təqaüd proqramları barədə məlumatlandırmaq olub.  

  

Düşərgənin ilk günü şagirdlərlə görüşən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin əlçatanlığı təmin etmək keyfiyyətli təhsil almaq üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. 

  

Daha sonra dünyaca məşhur fotoqraf Reza Diqqəti öz uğur yolu, fotoqrafiya sənəti haqqında danışıb və uşaqları maraqlandıran suallara cavab verib. 

  

Eyni zamanda Dövlət Proqramı məzunlarından olan Samirə Həsənzadə “Arzuların arxasınca” adlı təqdimatla çıxış edib. 

  

İçərişəhərə gəzinti ilə başlayan düşərgənin ikinci günü Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fidan Behbudovanın “Kosmosda fürsətlər” adlanan seminarı ilə davam edib. Dövlət Proqramının məzunu və 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Zakirov da öz növbəsində “İnformasiya texnologiyalarında karyera” mövzusunda təlim keçib. 

  

Uşaqlar düşərgə çərçivəsində məntiqi təfəkkürün inkişafına həsr olunmuş interaktiv, eləcə də müxtəlif idman oyunlarına qatılıblar.   

  

Qeyd edək ki, düşərgədə Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Sumqayıt, Beyləqan və Füzuli  məktəblərindən 40 şagird iştirak edib. Düşərgə Nazirliyin Beynəlxalq əməkdaşlıq, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, Məktəbdənkənar fəaliyyətin təşkili şöbələrinin, eyni zamanda regional təhsil idarələri əməkdaşlarının təşkilatçılığı ilə baş tutub. 


1 il əvvəl