Tələbələrin nəzərinə!
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirəcək.
Cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.
Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.
4 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilir
10.04.2025 - 18:07 -
Nazir müavini İdris İsayev Kürdəmirdə olub
10.04.2025 - 15:02 -
Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb
09.04.2025 - 18:00 -
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
09.04.2025 - 17:11 -
Nazir müavini “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfransda iştirak edib
09.04.2025 - 17:03