Respublika fənn olimpiadalarına qeydiyyat
Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesi davam edir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
- 11-24 noyabr 2022-ci il tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;
- 25-28 noyabr 2022-ci il tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi;
- 29 noyabr-7 dekabr 2022-ci il tarixlərində isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.
2022-2023-cü tədris ili üçün Respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
