Yeni təmayüllü liseylər
Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Qərar qəbul olunub. Qərara əsasən, Gəncə şəhəri və Quba rayonunda yaradılmış fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda yaradılmış kimya-biologiya təmayüllü liseylər siyahıya əlavə edilib.
Qeyd edək ki, ötən dövr ərzində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Gəncə və Qubada, Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan və Şəkidə sinifləri yaradılıb. VI və daha yuxarı siniflər olmaqla, Gəncə lisey sinifləri üzrə 12 sinif komplekti, Şirvan lisey sinifləri üzrə 5 sinif komplekti, Şəki lisey sinifləri üzrə 6 sinif komplekti və Quba lisey sinifləri üzrə 8 sinif komplekti mövcuddur.
Sözügedən lisey siniflərində tədrisin təşkili səviyyəsi və fəaliyyət göstərdikləri binaların infrastrukturu lisey siniflərinin müstəqil lisey kimi fəaliyyət göstərməsinə imkan verdiyi nəzərə alınaraq, Gəncə, Şirvan və Şəki şəhərlərində, eləcə də Quba və Şəmkir rayonlarında müvafiq təmayüllər üzrə liseylər yaradılıb.
5 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
