• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstanın aparıcı ümumi təhsil müəssisələrindən biri olan “Nazarbayev İntellektual Məktəbləri”nin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı “Nazarbayev İntellektual Məktəbləri” ilə Azərbaycanın ümumi təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparılıb, bu barədə təkliflər səsləndirilib.

 

Nümayəndə heyəti həmçinin Bakı şəhərində yerləşən 20 nömrəli məktəb-lisey, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Bülbül adına orta ixtisas musiqi məktəbi və Bakı Avropa Liseyini ziyarət edib. Görüşlər zamanı “Nazarbayev İntellektual Məktəbləri" ilə yerli ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qonaqlar ümumi təhsildə həyata keçirilən “STEAM”, “Rəqəmsal bacarıqlar” layihələri barədə ətraflı məlumat əldə ediblər.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) da qonaqlarla görüş keçirilib. Görüşdə Qazaxıstanın nümayəndə heyəti ARTİ ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. 

 

Qeyd edək ki, oktyabrın 31-dən başlayan səfər bu gün başa çatacaq. 


2 il əvvəl