Bakıda “İT-Akademiya”nın rəsmi açılışı olacaq
5 noyabr saat 14:00-da “Hilton Baku” hotelində Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “İT-Akademiya”nın rəsmi açılış mərasimi keçiriləcək.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələri, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru, həmçinin “İT-Akademiya”nın tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təmsilçiləri çıxış edəcəklər.
Tədbirin ikinci hissəsində isə qabaqcıl İT mütəxəssisləri sahə ilə bağlı bilik və təcrübələrini bölüşəcək, “Sıfırdan karyera: İT sahəsində fəaliyyətə necə başlamaq olar?" və "Azərbaycanda İT-nin inkişaf perspektivləri" mövzularında müzakirələr aparacaqlar. Tədbirdə həmçinin “İT-Akademiya” kurslarının təqdimatı olacaq və bu barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Tədbirdə iştirak üçün aşağıdakı link vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək lazımdır:
3 il əvvəl
Digər xəbərlər
-
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40
