“Dünya qızların gözü ilə” hakaton müsabiqəsi
11 oktyabr-Beynəlxalq Qızlar Günü münasibətilə “Dünya qızların gözü ilə” adlı hakaton müsabiqəsinin final mərhələsi keçirilib.
Final mərhələsində elm və təhsil naziri Emin Əmrullayev, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens (Alex Heikens), UNICEF Azərbaycanın Təhsil proqramının rəhbəri Leyla Həsənova və STEAM layihəsinin rəhbəri İqrar Nəzərov iştirak edib.
Final mərhələsinə 3 mükafatçı komanda olmaqla ümumilikdə 29 iştirakçı qatılıb. Üç münsif tərəfindən aparılan qiymətləndirmə nəticəsinə uyğun olaraq I, II, və III yerlər üzrə qaliblər müəyyənləşdirilib.
Sonda qaliblərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında imzalanan "2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planı"na əsasən UNICEF və STEAM Azərbaycan layihəsinin əməkdaşlığı çərçivəsində "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" proqramının tətbiqinə start verilib.
Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində həyata keçirilən proqramın əsas məqsədi qadın müəllimlər və qız şagirdlərdə STEAM təhsili, həmçinin rəqəmsal bacarıqların inkişaf etdirilməsi, onların gələcəkdə bacarıqlı mütəxəssis kimi yetişməklərində töhfə verilməsidir.
Layihə çərçivəsində qeyd olunan bölgələrdən seçilən 10 qadın müəllim 5, 6,7, 8-ci siniflərdə təhsil alan 124 qız şagird qeyd olunan bölgələr üzrə STEAM Mərkəzlərində mexatronika, 3D çap və modelləşdirmə, mühəndislik, TinkerCAD, Micro:bit moddulları üzrə təlimlərə cəlb olunub. Bununla yanaşı təlimlərdə iştirak edən qız şagirdlər STEAM layihəsinin təşkilatçılığı ilə təşkil olunmuş hakaton müsabiqəsinə çəlb olunub.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimində iştirak edib
06.05.2026 - 09:30 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
05.05.2026 - 17:35 -
Nazir müavini Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru ilə görüşüb
05.05.2026 - 15:54 -
881 nəfər “Maarifçi” olmaq üçün müsahibədə iştirak edəcək
05.05.2026 - 14:57 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib
05.05.2026 - 10:59
