Azərbaycanda “CODE FOR FUTURE” layihəsi genişləndirilir
2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən başladılan “CODE FOR FUTURE” İT təhsil layihəsinin genişləndirilməsi planlaşdırılır.
Layihənin məqsədi tələbələrə “junior” mütəxəssislər səviyyəsində İT peşələrin öyrədilməsidir.
Layihə yeni tədris ilində “CODE FOR FUTURE” Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kursların 600 tələbəsini əhatə edəcək. Təlim üç: “Web-tərtibatçı”, “Sistem inzibatçısı”, “QA mühəndisi” ixtisasları üzrə keçiriləcək.
Qeyd edək ki, keçən il layihənin pilot mərhələsində ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kursların 298 tələbəsindən 259-u iki - “Web-tərtibatçı” və “Sistem inzibatçısı” istiqamətləri üzrə 3 aylıq kursları uğurla bitirib.
2 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31